“Kəpəz” rəhbərliyi komandanın ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsi üçün addımlar atır.
"Football-plus.az” saytının məlumatına görə, bu məsələyə yaxın günlərdə nöqtə qoyulacaq. Klubun icraçı direktoru İlqar Nadirini dinləyək:
"Gənclər və İdman Nazirliyindən xahiş etmişik ki, ev oyunlarımızın keçirilməsinə icazə verilməsi üçün FHN-ə müraciət etsinlər. Bir-iki günə nazirlikdən nümayəndələr gəlib stadionumuza baxış keçirəcəklər. Məhz bundan sonra öz müşahidələrinə əsasən FHN-ə müraciət edəcəklər".
ABDULLA İSMAYILOĞLU