Football-plus.az xəbər verir ki, müqavilə ilə ''Leyptsiq''ə məxsus olan norveçli forvard yenə ''Real Sosyedad''a keçməyə üstünlük verib. Bask təmsilçisi ötən mövsüm olduğu kimi yenə Sörlotu birillik icarəyə götürüb.
Bu məsələdə ən diqqətçəkən məqam odu ki, 26 yaşlı forvard Türkiyədə oynamaqdansa, daha az qazanıb İspaniyada çıxış etməyə üstünlük verdi.
'Fənər'' Sörlota illik 3,4 milyon avro məvacib təklif etmişdi. Amma norveçli birmənalı şəkildə Türkiyəyə qayıtmaqdan imtina etdi. ''Real Sosyedad''da isə onun illik qazancı yalnız 2 milyon avroya bərabər olacaq! Futbolçu klubun rəsmi saytına verdiyi açıqlamada bunları deyib:
''Çox sevincliyəm. Uzun müddətdi bura qayıtmaq haqda düşünürdüm. Mən və ailəm İspaniya üçün darıxmışdıq. Keçən mövsüm burdakı ilk ilim idi. İndi isə çempionatı, məşqçilər korpusunu və komanda yoldaşlarımı daha yaxşı tanıdığım bir yerə qayıtdım''.
Xatırladaq ki, 2019/20-də ''Trabzonspor''un heyətində 24 qol vurmaqla Türkiyə çempionatının bombardiri olan Sörlot ötən mövsüm ''Real Sosyedad''da 44 rəsmi oyunda cəmi 8 dəfə fərqlənmişdi.


