Polşa futbol yığmasının hücumçusu Arkadiuş Milik “Marsel”dən ayrılıb. 28 yaşlı futbolçu “Yuventus”a keçib.
Football-plus.az xəbər verir ki, bu haqda adı çəkilən klublar rəsmi saytları vasitəsi ilə məlumat yayıb.
Turin təmsilçisi hücumçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Milikin icarəsi “Yuventus”a 800 min avroya başa gəlib. İtaliya nəhəngi futbolçunun birdəfəlik transferi üçün daha 7 milyon avro ödəməlidi. “Marsel”in bonuslarla əlavə 2 milyon avro qazanması da mümkündü.
Milik “Marsel”ə 2021-in yanvarında “Napoli”dən gəlib.
O, Fransa klubunda 55 oyunda 30 qol vurub. Polşalı daha öncə “Qurnik”, “Bayer-04”, “Auqsburq” və “Ayaks” kimi klubların da formasını geyib. O, Polşa yığmasında 62 oyuna çıxıb, 16 qola imza atıb.