"Sevilya" İspaniya çempionatının 3-cü turunun matçında "Almeriya"ya uduzub - 1:2.
Football-plus.az xəbər verir ki, Xulen Lopeteginin yetirmələri 30-cu dəqiqədə hesabı açsalar da, sonradan iki cavabsız qol buraxıblar. “Sevilya” üç turdan sonra bir xal qazanıb. Digər oyunlarda komanda “Osasuna”ya uduzub (1:2) və “Valyadolid”lə bərabərə qalıb (1:1). Bu, klubun La Liqada son 41 ildə ən pis başlanğıcıdı. 1981-82 mövsümündə də komanda indiki kimi - 3 oyundan sonra 1 xal qazanmışdı.