AFFA rəhbərləri FIFA-nın konqresində iştirak edəcəklər

31.03.2022 10:41 405
Yığma
Bu gün Qətərin paytaxtı Dohada FİFA-nın 72-ci konqresi keçiriləcək.

Bu məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Konqresdə federasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, icraçı vitse-prezident Elxan Məmmədov və baş katib Sərxan Hacıyev iştirak edəcək.