"Qarabağ"ın üzvü "Bavariya"nın ulduz futbolçusu ilə eyni sırada

23.08.2022 09:54 733
Maraqlı / Manşet
2022/23 mövsümündə indiyədək ən çox qol vuran seneqallı futbolçuların siyahısı tərtib olunub.

Football-plus.az xəbər verir ki, "10-luq"da "Qarabağ"ın legioneri İbrahima Vaci də yer alıb.

27 yaşlı hücumçu meydana çıxdığı 7 qarşılaşmada 4 qol vurub. Ağdam təmsilçisinin üzvü "Bavariya"nın futbolçusu Sadio Mane və "Şanxay Port"ın oyunçusu Şerif Ndiaye ilə birlikdə 2 - 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, İbrahima Vaci 2021-ci ilin avqustundan "Qarabağ"da forma geyinir.