"Kazemironun İngiltərədə uğurlu olub-olmayacağını bilmirik" - Peter Şmeyxel

22.08.2022 10:33 353
Dünya futbolu
“Mançester Yunayted”in sabiq futbolçusu Peter Şmeyxel braziliyalı yarımmüdafiəçi Kazemironun “qırmızı şeytanlar”a keçidinə münasibət bildirib.

"Footbal-plus.az" xəbər verir ki, BBC-yə danışan keçmiş qolkiper Kazemironun transferinə təəccübləndiyini deyib:

“Transferin məbləğini və oyunçunun yaşına baxanda, təəccübləndim. Kazemironun İngiltərə uğurlu olub-olmayacağını bilmirik. Bəlkə də, premyer-liqada təcrübəli birini heyətə qatmaq daha məntiqli olardı. Kazemironu çempionatda izləmək maraqlı olacaq”.

“Mançester Yunayted” 30 yaşlı futbolçu üçün “Real”a 70 milyon avro ödəyib.