• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lebron artıq MBA tarixinin ən ödənişli oyunçusudu!

İdman

21-08-2022, 16:0

“Leykers”in ulduz forvardı Lebron Ceymsin artıq Los-Anceles klubu ilə müqavilə müddətini 2025-ə qədər uzatdığı məlumdu.

Hələ bir ili qalan müqaviləyə daha iki il əlavə olunub. Lebron həmin ikiillik müqavilə üçün daha 97,1 milyon dollar alacaq (2023/24 mövsümündə əməkhaqqı tavanı qalxarsa, bu məbləğ 111 milyona qədər arta bilər).

Yaxın günlərdə müqavilə ilə bağlı rəsmi açıqlama da veriləcək. Dekabrda 38 yaşını tamamlayacaq basketbolçu üçün 97,1 milyon dollar inanılmaz puldu. Müqavilənin şərtinə görə, ünlü forvard 2024/25 mövsümündə Kaliforniyanı tərk edə bilər. Ohayoda doğulan ulduz belədə karyerasının 11 ilini keçirdiyi və 2016-da çempion olduğu “Klivlend”ə dönə bilər. Bu əsasən oğlu Bronni ilə eyni komandada oynamaq perspektivindən asılı olacaq. Çox güman, Lebron basketbolçu karyerasında son üç ilə qədəm qoyur. Dördqat MBA çempionu hələ də basketbola çox vaxt ayırsa da, tədricən onun çoxşaxəli biznesi ön plana çıxır. “Forbes”i qiymətləndirməsinə görə, 37 yaşlı basketbolçunun 2021-ci ildəki gəlirləri ümumilikdə 121,2 milyon (bunun yalnız 38,2 milyonu “Leykers”lə müqavilənin qazancıdı) təşkil edib, ümumi sərvəti isə milyard dollara çatıb. Bu da Ceymsin fəaliyyətdə olan və milyarderlər siyahısına düşən ilk basketbolçu olmasını şərtləndirib. İndiyə qədər milyarder olan yeganə basketbolçu Maykl Cordan bu həddə 2014-də, yəni karyerasını bitirəndən 11 il sonra çatmışdı. Ümumiyyətlə, Cordan Lebron üçün əsas orientirdi. Məhz Cordan MBA klublarından “Şarlott Hornets”in sahibidi. Liqanın sabiq basketbolçuları arasında başqa beləsi yoxdu. Çox güman, Lebron bu siyahıya ikinci kimi düşəcək. Bəzi eksperlər belə hesab edir ki, məhz Lebron Las-Veqasda qurulan yeni MBA komandasının sahibi olmağa əsas namizəddi. MBA rəhbərliyi daha bir nəhəng televiziya müqaviləsi bağlayandan sonra Las-Veqasda və Sietldə komanda yaratmağı planlaşdırır. Ceymsin yeni müqaviləsi onu bütün zamanların ən yüksək ödənişli basketbolçusuna çevirib. Lebronun karyerası boyunca toplam qazancı 532 milyon dollar olacaq. Əvvəlki rekord (508 milyon dollar) “Bruklin”in forvardı Kevin Düranta məxsus idi. “The Athletic” öz qaynaqlarına istinadla xəbər verir ki, Ceyms müqavilə müddətinin uzadılmasına razılıq versə də, “Leykers” rəhbərliyi ilə danışıqlarda klubun “Bruklin”in oyun qurucusu Kayri İrvinqi alması üçün israr edib. Lebron Rassell Uestbrukun əsas 1 nömrə kimi oyunundan narazıdı, bu üzdən cari mövsümlərarası dövrdə ondan qurtulmaq istəyir. Ceymsin “Klivlend”də birlikdə çempion olduğu İrvinq isə ideal əvəzedicidi. Kayri və Lebron dostluq edir, yenidən eyni komandada oynamaq hər biri üçün möhtəşəm olardı. Çox güman, “Leykers” İrvinq naminə Uestbruku qurban verəcək. Ancaq “Bruklin” buna razı olacaqmı? Hər şey “Bruklin”in Kevin Dürantı saxlaya bilib-bilməməsindən asılıdı.

Hələ ki “Leykers”in güclənmə qrafiki titul uğrunda mübarizəyə dönəcəyinə dəlalət etmir. “Gölməçəsevərlər” azad agent qismində mərkəz oyunçuları Demian Cons və Tomas Brayant, həmçinin forvard Xuan Toskano Anderson və müdafiəçi Lonni Uoker ilə müqavilə bağlayıb.

Xatırladaq ki, heyətində Lebronla yanaşı, Entoni Devis, Uestbruk və başqalarının olduğu komanda ötən mövsüm heç Qərb konfransının ilk “10-luğ”unda da yer ala bilmədi. Amma 5-ci MBA çempionluğu Lebron üçün oğlu Bronni ilə birgə oynamaq imkanı qədər prinsipial deyil. Gələn il məktəbi bitirəcək kiçik Ceyms karyerasının davamıyla bağlı qərar verməli olacaq. Ona Cənubi Kaliforniya Universiteti, Los-Ancelesdəki Kaliforniya Universiteti, Miçiqan, Oreqon və Ohayo Steyt Universitetləri maraq göstərir.

Bronni 2023/24 mövsümünü NCAA liqasında keçirsə, 2024-ün yayında MBA draftında namizədliyini irəli sürə bilər. Bu isə o deməkdi ki, ata ilə oğulun 2024/25 mövsümündə MBA-da oynaması mümkündü. Bir-birinə qarşı və ya eyni komandada. İkinci variant Lebron üçün daha cəlbedicidi:

“Hansı komandada olmasından asılı olmayaraq, son mövsümümü oğlumla keçirəcəm. Oğlumla bir mövsüm keçirmək üçün mümkün olan hər şeyi edəcəm. Pulun önəmi yoxdu”.

Bu variant “Leykers”də mümkün olmasa, Kralın karyerasındakı son mövsümü Bronni ilə birgə “Klivlend”də keçirmək istəyinə düşməsi tam mümkündü: “Kavalyers”in qapıları mənim üçün qapanmayıb. Qayıtmaq istədiyimi birbaşa deməyəcəm – mən bunun mexanizmini bilmirəm”.
Ceymsin planı gerçəkləşsə, o, MBA tarixinə oğlu ilə eyni komandada oynayan ilk basketbolçu kimi düşəcək. Belə xoşbəxtlik nə Kobi Brayanta (onun atası Co Marmelad çox yaşlı idi), nə də Maykl Cordana (onun oğulları universitetlərdə ilişib qaldı) nəsib olub.
Bronni bu yay Avropada yoldaşlıq oyunları keçirən “Kaliforniya Klab” üçün çalışır. Kiçik Ceyms Parisdə Fransanın U-18 yığması ilə oyunda parlaq dankla yadda qalıb.

Paylaş:
Digər xəbərlər

İdman

5-06-2022, 09:0

Lebron Ceyms artıq milyarderdi!

Dünya futbolu

5-08-2022, 21:0

Lebron Ceyms yeni müqaviləyə imza atacaq?

Maraqlı

12-05-2022, 11:0

Ən çox qazanan idmançıların siyahısı

Aktual
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Son xəbərlər
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 191
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 176
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə