Rumıniyalı bu mövsüm 36 rəsmi oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bu arada deyilənə görə ''Barselona''ya qarşı oyunda Çikıldaunu ''Sampdoriya'' və ''Atletiko''nun skautları izləyibmiş. Futbolçunun meneceri ''Sampdoriya''nın ''Qalatasaray''a 10 milyon avroluq təklif irəli sürəcəyi barədə yayılan şaiyələr haqda danışaraq bunları deyib:
''Sampdoriya'' bu transferə maraq göstərməsi üçün ilk əvvəlcə elitada qalmalıdı. Bundan başqa klubun maddi cəhətdən problemlər yaşaması da məlumdu. Mətbuatda yazılan ''Qalatasaray''ın 10 milyon avroluq təklifi qəbul edəcəyi ilə bağlı xəbərləri mən də görmüşəm. Lap ''Qalatasaray'' bu təklifə razı olsa belə, ''Sampa''nın bu məbləği ödəyə biləcəyini düşünmürəm. Bəlkə də sonradan daimi əsasda almaq şərti ilə icarəyə götürə bilərlər''.

