Derbinin VAR hakimləri bəlli oldu

20.08.2022 10:37 419
Premyer-liqa
Misli premyer-liqasında 3-cü turun VAR hakimləri müəyyənləşib.

Football-plus.az xəbər verir ki, bu gün baş tutacaq mərkəzi oyunda videotəkrarlara Elçin Məsiyev baxacaq.

Onunla yanaşı, Pərvin Talıbov da köməkçi kimi VAR otağında olacaq. Matçı isə Fərid Hacıyev idarə edəcək.

“Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” görüşünə saat 20.30-da start veriləcək.