Yarımfinal matçlarını FIFA referiləri idarə edəcək

28.04.2022 11:14 658
Premyer-liqa
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının hakimləri müəyyənləşib.

"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyun FIFA referilərinə tapşırılıb. "Qarabağ" - "Qəbələ" oyununu Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev (ehtiyat hakim) kömək edəcək.

"Neftçi" - "Zirə" matçı isə Əliyar Ağayevə tapşırılıb. Bu görüşün yan xətt hakimləri Zeynal Zeynalov, Akif Əmirəli olacaq. Ehtiyat hakim isə Rəşad Əhmədovdur.

Qeyd edək ki, yarımfinal matçları aprelin 29-da keçiriləcək.