
İdman
95
2.07.2022, 23:33
Güləşçimiz Avropa çempionatının finalında
İtaliyanın paytaxtı Romada 20 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsi başlayıb.
Azərbaycan idmançısı Cəbrayıl Qadjiyev 1/16 finalda yunanıstanlı Georgios Terzidisə (10:0), 1/8 finalda italiyalı Luka Finizioya (11:0), 1/4 finalda rumıniyalı Kristian Biroya (6:2), yarımfinalda isə türkiyəli Muhammed Özmuşa (7:0) qalib gələrək Avropa çempionatının finalına yüksəlib.