Bu arada avstriyalıların ''Fənər'' üçün yayınladıqları tanıtım videosunda istanbulluların 28 çempionluğunun olduğu vurğulanılıb! Videoda bunlar qeyd olunub:
''Rəqibimiz ''Fənərbaxça''dı. 1907-ci ildə yaradılıb. Ev oyunlarını Kadıköydə keçirir və rekord sayda – 28 çempionluğu var''.
Videoda komandanın ev oyunlarını keçirdiyi stadion, eləcə də baş məşqçi Jorje Jezuş haqda da məlumat verilir. Videonun ardından ''Fənərbaxça'' sosial şəbəkədə rəqibinə bu sözlərlə təşəkkür edib:
''Bizi bütün həqiqətlərlə anlatdığınız üçün təşəkkür edirik. Sizinlə qarşılaşacağımız üçün həyəcanlıyıq. Meydanda görüşərik…''.
Xatırladaq ki, ''Fənərbaxça'' uzun müddətdi 1959-cu ildən əvvəlki çempionluqların qeydə alınması üçün federasiyaya müraciət edib. Amma ilyarımdan çoxdu bu müraciətə bir cavab verilməyib. ''Fənər'' 1959-cu ildən öncəki çempionluqlarla birlikdə 28 çempionluğunun olduğunu iddia edir. Hazırda isə komandanın 19 çempionluğu var.



