"Football-plus.az" xəbər verir ki, şirkət çempionatda çıxış edən hər kluba sponsorluğa görə 3 milyon manat ödəyəcək. Bu vəsait AFFA vasitəsi ilə klubların hesabına köçürüləcək. Lakin federasiya premyer-liqa təmsilçilərinin qarşısına pul vermək üçün şərt qoyub. 3 milyona sahib olmaq istəyən klub Müşahidə Şurası yaratmalıdı. “Qarabağ” isə bu təklifdən imtina edib.
Məsələnin nə qədər ciddi olub-olmadığını öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq:
“Müşahidə Şurasının təsis olunması yalnız tövsiyə xarakterli ola bilər. Klublar mьstəqil hüquqi şəxsdi. İdarəçilik formasından və strukturundan asılı olmayaraq, heç bir klubu buna məcbur etmək mümkün deyil. İkincisi, heç bir klubdan maliyyə yardımından imtina etməklə bağlı AFFA-ya məlumat daxil olmayıb”.
İLKİN SULTANLI

