
Premyer-liqa / Manşet / Günün xəbəri
1 355
16.05.2022, 19:56
“Sabah”a niyyət, “Qarabağ”a qismət - ÖZƏL
Rəhim Sadıxov mövsüm sonunda “Sumqayıt”dan ayrıla bilər.
“Football-plus.az”ın redaksiyasına bu haqda məlumat daxil olub. “Sabah” yarımmüdafiəçi ilə yaxından maraqlanırdı. Mövsümlərarası fasilədə onun Murad Musayevin komandasına keçəcəyi gözlənilirdi. Hətta futbolçu ilə klub rəhbərliyi arasında ilkin razılıq da əldə olunmuşdu.
Ancaq ortaya “Qarabağ” düşüncə, vəziyyət dəyişib. Mənbəimiz sözlərinə inansaq, “köhlən atlar” da Rusiya doğumlu milli üzvünün xidmətində maraqlıdı. Rəhim də “Qarabağ” variantı ortaya çıxınca, “Sabah”ın təklifini geri çevirib və ölkə çempionu ilə danışıqlara başlayıb.
RƏŞAD