"Nyukasl" "Çelsi"nin futbolçusunu istəyir

15.08.2022 22:45 358
Dünya futbolu
"Çelsi"nin yarımmüdafiəçisi Konor Qallaher London klubunu tərk edə bilər.

Football-plus.az
xəbər verir ki, o, "Nyukasl"ın maraq dairəsindədi. 22 yaşlı ingiltərəli futbolçunun "zadəganlar"la 2025-ci ilə qədər müqaviləsi var.

Qallaher ötən mövsümü icarə əsasında "Kristal Pelas"da keçirib. O, premyer-liqada 34 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.