Bədii gimnastika komandamız çempion oldu

13.08.2022 20:35 394
İdman
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

"Football-plus.az" xəbər verir ki, Zöhrə Ağamirova, Alina Gözəlova və İlona Zeynalovadan ibarət Azərbaycanın bədii gimnastika komandası 4 hərəkətin cəmində 252.300 xal toplayaraq İslamiadanın qalibi olub.