MS-də daha bir yeni oyunçu

12.08.2022 23:10 298
Dünya futbolu
“Mançester Siti” bu yay heyətinə daha bir futbolçu cəlb etmək üzrədi.

İngiltərə çempionu “Anderlext”in gənc oyunçusu Serxio Qomesi transfer etməyə çox yaxındı. “Şəhərlilər” 21 yaşlı yarımmüdafiəçi və onun klubu ilə danışıqların sonuncu mərhələsinə başlayıblar. “Anderlext”in Qomes üçün təxminən 10 milyon avro təzminat alacağı da bildirilir.
Qeyd edək ki, Serxio karyerası ərzində daha əvvəl “Barselona”nın əvəzedici komandasında, “Borussiya” (Dortmund) və “Ueska”da oynayıb.