İngiltərə çempionu daha bir oyunçu alır

7.08.2022 23:30 328
Dünya futbolu
“Mançester Siti” heyətinə daha bir futbolçu cəlb etmək üzrədi.

İngiltərə çempionu “Anderlext”in gənc oyunçusu Serxio Qomesi transfer etməyə yaxındı. “Şəhərlilər” 21 yaşlı yarımmüdafiəçi və onun klubu ilə danışıqların sonuncu mərhələsinə başlayıblar. Tərəflərin keçidi tezliklə yekunlaşdırmaq ehtimalı yüksəkdi. “Anderlext”in Qomes üçün ən azı 15 milyon avro təzminat alacağı da bildirilir.

Qeyd edək ki, Serxio karyerası ərzində daha əvvəl “Barselona”nın əvəzedici komandasında, “Borussiya” (Dortmund) və “Ueska”da oynayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul