Hokkeyçilər futbol klubunun səhmlərini aldı

9.08.2022 22:35 351
İdman / Dünya futbolu
Məşhur hokkeyçilər Viktor Hedman və Ondrjey Palat İngiltərə futbol klubunun həmsahibləri olublar.

“Argyle Green” adlanan investisiya şirkəti İngiltərənin 3-cü divizionunda yarışan “Plimut”a bu klubun səhmlərinin 20 faizi müqabilində 4 milyon funt sterlinq yatırım edib.

Hedmanla Palat adı çəkilən investisiya şirkətinin tərkibinə daxildi. Hər ikisi “Tampa”nın heyətində iki dəfə Stenli kubokunu qazanıb. Bu yay Palat “şimşəklər”dən ayrılaraq “Nyu-Cersi” ilə müqavilə bağlayıb.