11 ildən sonra doğma klubuna qayıtdı

9.08.2022 15:18 346
Dünya futbolu
Yasper Sillessen “Valensiya” ilə yollarını ayırıb.

Football-plus.az xəbər verir ki, o, karyerasını vətənində davam etdirəcək. 33 yaşlı qapıçının “Neymegen”ə transferinin detallarına rəsmən aydınlıq gətirilmir.

Qeyd edək ki, Yasper İspaniyada “Barselona” və “Valensiya”da 6 il çıxış edəndən sonra doğma klubuna qayıdıb. Onun yetirməsi olduğu “Neymegen”in qapısını 2010-11-ci illərdə qoruduğunu da xatırladaq.