Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, Bundesliqa təmsilçisi “Köln”ün forvardı Antoni Modeste ilə razılaşıb. Bu barədə “Borussiya”nın idman direktoru Sebastian Kehl yerli mətbuata açıqlamasında deyib.
O, 34 yaşlı hücumçu ilə şəxsi razılığa gəldiklərini bildirib. Modeste ilə yaxın zamanda rəsmi müqaviə imzalanacaq.
Modeste 2021-ci ilin yayından “Köln”də çıxış edir. O, bu komanda ilə ötən mövsüm 35 oyunda 23 qol vurub.