"Barselona"da daha bir ayrılıq baş verəcək.
Football-plus.az xəbər verir ki, kataloniyalıların qapıçısı Neto karyerasını premyer-liqada davam etdirəcək. Qolkiper "Bornmut"la müqavilə imzalamaq üçün İngiltərəyə yollanacaq. O, tibbi müayinədən keçdikdən sonra "qırmızı-qaralar"la sözləşməyə qol çəkəcək.
Qeyd edək ki, Neto 2019-cu ilin iyulundan "Barselona"da çıxış edir. O, ötən mövsüm 4 matçda iştirak edib və 5 qol buraxıb.