"Barselona" istəmir, 2 klub yaxından maraqlanır

3.08.2022 12:48 390
Dünya futbolu
"Barselona" Martin Breytveytlə yollarını ayıracaq.

Football-plus.az xəbər verir ki, Kataloniya təmsilçisi onu başqa kluba sata bilməsə, təzminat ödəyəcəyinə baxmayaraq, müqaviləsinə xitam verəcək.

Danimarkalı forvardın İspaniya nəhəngi ilə sözləşməsi 2024-cü ilin yayına qədərdi. Hücumçu komandanı öz istəyilə tərk etmək istəmir.

Qeyd edək ki, "Selta" və "Xetafe" Martinlə müqavilə imzalamaq üçün mübarizə aparır.