• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Avrokubokdan çempionata keçid çətindi" - Rəşad Sadıqov

Premyer-liqa

5-08-2022, 22:0

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 1-ci turunda "Kəpəz"lə oyundan (2:1) sonra mətbuat konfransı keçirib.

"Football-plus.az" xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Həmişə ilk turlar çətin keçir. Xüsusilə avqustdakı isti hava futbolçulara mənfi təsir edir. Avrokubokdan çempionata keçid də çətindi. Rəqib sona qədər əzmkar mübarizə apardı. Kəsərli hücumlar qurmaqda çətinlik çəkirdik. “Kəpəz” həmişə xarakteri ilə seçilib. Bu gün də bunu meydanda gördük. Yaşar müəllimin böyük təcrübəsi var. Ona qarşı oynayan komandalar çətinlik çəkirlər. Azlıqda qaldıqdan sonra Sərtanı yarımmüdaifənin sağına buraxdıq. Son dəqiqələrdə əhəmiyyətli qol vurduq. Bu da oyunçuların xarakterindən xəbər verir. Bu oyundan 3 xal çıxarmaq çox vacib idi. Futbolçuları təbrik edirəm.

- Rəqibdən belə oyun gözləyirdiniz?

- Bəli. Heyəti və Yaşar müəllimin təcrübəsini nəzərə aldıqda gözləyirdim. Təkcə heyətə yox, məşqçiyə, camiəyə də baxmaq lazımdır. Yorulacaqlarını gözləyirdim, amma sona qədər mübarizə apardılar. Bu gün uduza da bilərdik. Futbolçular sona qədər inandılar, xarakter göstərdilər.

- Heyətin geniş olmaması problemini hiss edirsiniz?

-Heyətin genişliyi ilə bağlı problem yaşayırıq. Rəhbərlik transferlər üçün büdcə ayırıb. Amma Avropa bazarında qiymətlər qalxıb. Büdcəmizə uyğun, istədiyimiz oyunçuları gətirməkdə çətinlik çəkirik. Kəmiyyəti artırmaq üçün transfer etmək istəmirik. Bir az da səbr etmək istəyirik.

- VAR çempionata nə qədər maraq gətirib?

- Oyunda çox pauzalar oldu. Qol vurandan sonra axıra qədər sevinmirdim. Amma buna alışmalıyıq. Ötən mövsüm yaşadığımız hakim səhvlərinə görə VAR-ın gəlməsini istəyirdik. Ümid edirəm ki, futbolumuza çox xeyri dəyər.

- Bazar qiymətlərinin qalxdığını dediniz. Buna uyğun büdcə arta bilərmi?

- Danışıqlarımız davam edir. Bu mövzudə təhbərliklə müzakirə olacaq. Keçənilki qiymətə futbolçu gətirə bilmirik. Türkiyədə 3 komanda ilə bir oteldə qalırdıq. Onlar da böyük qiymətlərlə futbolçu tapmaqda çətinlik çəkirdilər. Futbolçuları da bizdən çox güclü deyildi. Orda başa düşdüm ki, bizi nə qədər çətin transfer dövrü gözləyir. Bundan çıxış yolu tapmalıyıq.

- Cəlal Hüseynovun “Şamaxı”ya icarəyə verilməsinin səbəbi nə idi?

- 2 ildir, onun üzərində işləyirəm. Çox fikirləşdik, müzakirələr apardıq və razılaşdıq ki, indi ona daha çox oynamaq lazımdır. 2-3 klubdan ona maraq var idi. Özü “Şamaxı”nı seçdi, mən də onu dəstəklədim. Onun inkişafının qarşısını almamaq üçün bu qərarı verdik. Burada da oynayacaqdı, amma “Şamaxı”da daha çox meydana çıxa bilər.

- Qırmızı vərəqə aldıqdan sonra futbolçular adətən birbaşa paltardəyişmə otağına yollanır. Çantakias isə gəldi, dayandı, formasını yerə çırpdı. Bu cəsarəti haradan tapır?

- Biri var ki, futbolçu mənə görə formanı yerə vurub, biri də var qırmızı aldığına görə. Niyyət çox vacibdir. VAR-a görə ora gəldi. 4-cü hakim dəqiq qırmızı olduğunu dedikdən sonra oranı tərk etdi.

- Bu mövsüm üçün hədəfiniz nədir?

- Bütün komandalar yüksək yerlərdə olmaq istəyir. Ötən mövsüm avrokuboka getmişik, medal qazanmışıq. Bu il də medalçı olmaq istəyirik. Amma digər rəqiblər də güclənib.

- “Qarabağ”la “Neftçi”nin avrokubokda mərhələ keçmək şansını necə görürsünüz?

- Hər ikisinə ümidliyik. “Neftçi” dünən möhtəşəm oynadı. iTəəssüf ki, son saniyələrdə qol buraxdılar. Amma hesabda üstündürlər və yaxşı formadadırlar. "Qarabağ"ın "Neftçi" kimi hesab üstünlüyü yoxdur. Amma şanslar bərabərdir. Hər iki komandaya uğurlar arzu edirəm. Mərhələni adlamalarını istərdim.

- Ramin Musayevin PFL-dən getməsi, “Misli”nin Premyer Liqaya sponsor gəlməsi barədə nə deyə bilərsiniz?

- Bu barədə heç düşünməmişəm. İşlərimiz çoxdur, futbolçulara baxırıq, məşqlər edirik. Könül istər ki, hər nə baş veribsə, xeyrimizə olsun. Ramin müəllimə fəaliyyətinə görə təşəkkür edir, yeni PFL prezidentinə uğurlar arzulayırıq. İstərdik ki, çempionatımızın səviyyəsi daha da artsın.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

14-03-2022, 13:0

"Ürəyimdən keçən də oyununun heç-heçə bitməsi idi" - Rəşad Sadıqov

Premyer-liqa

4-05-2022, 20:0

"Uşaqlarda inamsızlıq yarandı" - Rəşad Sadıqov

Aktual / Manşet

6-06-2022, 20:0

"Çempionatda böyük iddiamız yoxdu" - Yaşar Vahabzadə

Ölkə futbolu

3-04-2022, 17:0

“Qəbələ”nin oyununa kölgə salmaq istəmirəm, amma mən gördüyümü deyirəm" - Sənan Qurbanov

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Bu gün, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə