• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə və Danimarka çempionları ÇL-in qrupu üçün savaşacaq - TƏHLİL

Dünya futbolu

4-08-2022, 19:0

Bilindiyi kimi, ötən il 38 illik həsrətə son qoyaraq tarixinin 7-ci çempionluğunu qazanan “Trabzonspor” bu mövsüm Türkiyəni Çempionlar Liqasında təmsil edəcək.

“Fənərbaxça” artıq bu turnirdə mübarizəni dayandırdığından qardaş ölkənin yeganə ümidi Trabzon təmsilçisidi. Amma Abdulla Avcının komandası qrup mərhələsinə düşmək üçün əvvəlcə bir rəqibi keçməli olacaq. Həmin rəqibin adı artıq məlumdu. Söhbət ötən mövsüm tarixinin 14-cü çempionluğunu qazanmış Danimarka təmsilçisi “Kopenhagen”dən gedir. Tərəflər arasında ilk oyun avqustun 17-də “Parken”də, ikinci oyun isə 24-də “Medikal Park”da keçiriləcək.

Püşkün nəticəsi Danimarkada heç də xoş qarşılanmayıb. Ölkə mətbuatında “Trabzonspor” çətin rəqib kimi qeyd olunaraq maraqli başlıqlar atılıb. Məsələn, ölkənin öndə gələn “Ekstra Bladen” nəşri “arzulaya biləcəyimiz ən son rəqib” sərlövhəsi ilə “Trabzonspor”u oxucularına təqdim edib və bu komandada iki danimarkalı futbolçunun – Andreas Korneliusla Yens Strüger Larsenin olduğu xatırladılıb. “B.T.” nəşri püşkün nəticəsini “kabus” adlandırıbsa, TV2 kanalında “Trabzonspor” qorxulu bir rəqib kimi təqdim olunub. Bu arada püskatmadan sonra qaradənizlilərin prezidenti Ahmet Ağaoğlu bunları deyib: “Çempionlar Liqasında Türkiyə çempionu nə üçün təsnifat mərhələsində oynamalıdı? Bunu araşdırmaq lazımdı. Halbuki bəzi ölkələrdə hətta 3-cü yeri tutmuş komanda da birbaşa ÇL-in qrupunda oynayır. Ölkəmizdə futbol inkişaf etsəydi, biz indi pley-offda oynamaq məcburiyyətində qalmazdıq. Hələ Rusiya klubları olsaydı, biz hətta 3-cü təsnifat mərhələsindən başlamaq məcburiyyətində qalacaqdıq.

“Kopenhagen” mümkün rəqiblər arasında ən hazır durumda olanıdı. Məncə, “Kopenhagen” rəsmiləri də pley-offda oynamaq məcburiyyətində qalmalarından və bizə rəqib olmalarından narazıdılar. Keçmişdə onlara qarşı uğursuz bir oyunumuz olmuşdu. Onun qisasını almağa çalışacağıq. Qrupa vəsiqə qazanmaq və ÇL-in himnini ölkəmizdə səsləndirmək istəyirik. Bu həm “Trabzonspor”, həm də Türkiyə futbolu üçün çox önəmlidi”.

Qeyd edək ki, avqustun 2-də yaranışının 55 illiyini qeyd edən “Trabzonspor” tarixi ərzində yalnız bir dəfə – 2011/12 mövsümündə ÇL-in qrupunda oynayıb. Həmin vaxt çempion “Fənərbaxça”nın avrokuboklardan kənarlaşdırılması üzündən bu şansı yaxalayan komanda “İnter”, “Lill” və ÇSKA-nın yer aldığı qrupda 1 qələbə, 4 heç-heçə, 1 məğlubiyyətlə 7 xal toplamış və 3-cü yeri tutmuşdu. “Kopenhagen”in əsası 1992-ci ildə “Kopenhagen Boldklub” və “Bolklubben 1903” adlı klubların birləşməsindən sonra qoyulub. Maraqlıdı ki, “Kopenhagen”in sələfi sayılan “Boldklubben 1903” ilə “Trabzonspor”un yolu daha öncə kəsişib. Özü də bir yox, iki dəfə. Bu, trabzonlulara indiyə qədər rəqib olmuş yeganə Danimarka təmsilçisidi. İlk dəfə onların yolu 1977/78-də Çempionlar Kubokunun birinci mərhələsində kəsişib. Trabzondakı ilk oyunda meydan sahibləri minimal hesabla qalib gəlmişdilər. Amma cavab oyunu isveçli Rolf Erikssenin biabırçı idarəçiliyi ilə yadda qaldı. “Boldklubben 1903” 2 şübhəli qolla gəldi. Oyundan sonra fanatlar arasında ciddi münaqişə yaşandı və 8 türkiyəli azarkeş həbs olundu. Ağaoğlu da “qisas almalıyıq” açıqlaması ilə məhz həmin oyunu nəzərdə tutur. İkinci duel 1991/92-də UEFA kubokunun 3-cü mərhələsinə təsadüf etdi və yenə sevinən Danimarka təmsilçisi oldu. “Trabzonspor” səfərdəki ilk oyundan minimal hesablı məğlubiyyətlə ayrıldısa, Trabzondakı qarşılaşma 1:1-lik bərabərliklə yekunlaşdı. “Kopenhagen”in özünün isə indiyə qədər Türkiyə klubları ilə yolu üç dəfə kəsişib. Bu komanda 2013/14-də ÇL-də “Qalatasaray”la eyni qrupa düşmüş və evdə minimal qələbədən sonra İstanbulda 1:3 hesabı ilə uduzmuşdu. Bundan başqa, “Kopenhagen” 2019/20-də AL-in 1/8 finalında “İstanbul BŞ”ni mübarizədən kənarlaşdırmışdısa (evdə 3:0, səfərdə 0:1), ötən mövsüm Konfrans Liqasının pley-offunda “Sivasspor”u çox rahat şəkildə keçərək (evdə 5:0, səfərdə 2:1) qrup mərhələsinə vəsiqə əldə etmişdi. Onu da bildirək ki, “Trabzonspor” indiyə qədər ÇL-də təsnifatdan başladığı mövsümlərdə heç vaxt qrup mərhələsinə qədər irəliləyə bilməyib. Komanda bu turnirdə 2004/05-də 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”suna (səfərdə 2:1, evdə 0:2), 2005/06-da 2-ci təsnifat mərhələsində “Anortosis”ə (səfərdə 1:3, evdə 1:0) və 2011/12-də 3-cü təsnifat mərhələsində “Benfika”ya (evdə 0:2, səfərdə 1:1) uduzub. Amma az öncə də qeyd etdiyimiz kimi 2011/12-də “Fənər”in ÇL-dən kənarlaşdırılması “Trabzonspor”un qrup mərhələsinə yolunu açmışdı.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-07-2022, 12:0

''Trabzonspor'' Mahirə rəqib ola bilər

Dünya futbolu

1-05-2022, 12:0

''Trabzonspor'' 38 illik həsrətə son qoydu

Dünya futbolu

10-03-2022, 16:0

''Trabzonspor''a çempionluq üçün neçə xal toplamaq kifayətdi?

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 00:16
    “Bəzi mövqelərə nəinki əcnəbi, heç yerli futbolçu da tapa bilmədik” – Zaur Həşimov
  • Dünən, 23:55
    “Bu mövsüm İssa ilə Qismət arasında rotasiya edəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:32
    "Kaş, Səbuhi belə etməzdi" - Filipe Kandido
  • Dünən, 23:12
    "Böyük məbləğ vəd edilsə də, "Neftçi"dən getmərəm" - Yuri Vernidub
  • Dünən, 22:58
    "Neftçi" və "Zirə" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:28
    İngiltərədən Portuqaliyaya yollandı
  • Dünən, 21:53
    “Milan”ı tərk etməli olacaq
  • Dünən, 21:22
    İspaniya klubunda gürcü futbolçu
  • Dünən, 20:51
    "Zirə" - "Şəfa": START HEYƏTLƏRİ
  • Dünən, 20:27
    Serbiya klubunda yeni təyinat
  • Dünən, 19:56
    Londondan Madridə yollandı
  • Dünən, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Dünən, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Dünən, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Dünən, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 17:25
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Dünən, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Dünən, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Dünən, 15:31
    Niderlanda yollanacaq
  • Dünən, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Dünən, 14:29
    Milandan Turinə yollana bilər
  • Dünən, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Dünən, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 12:56
    MS-ni tərk edə bilər
  • Dünən, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Dünən, 11:54
    Romadan Milana üz tuta bilər
  • Dünən, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Dünən, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Dünən, 10:31
    London klubunda yeni futbolçu
  • Dünən, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Dünən, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • 15-08-2026, 23:0
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • 15-08-2026, 23:0
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • 15-08-2026, 23:0
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
Daha çox
Oxunub: 338
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 134
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 123
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə