"Football-plus.az" xəbər verir ki, ispaniyalı müdafiəçi komanda yoldaşı haqda fikirlərini bölüşməli olub:
“Messinin həmklubu olmaq mənim üçün imtiyazdı. Mənə onu tərifləmək lazım deyil – oyunu ilə özünə kompliment söylətdirir. Hamı onun necə birisi olduğunu bilir. Bu ruhda da oyununu davam etdirəcəyinə əminəm”.
Xatırladaq ki, iyulun 31-də keçirilən Fransa Superkuboku uğrunda oyunda PSJ “Nant”ı darmadağın edib – 4:0. Həmin oyunda Neymar dubl edib, Messi ilə Ramos hərəyə bir qol vurub.
