PSJ Fransa çempionatının “Monako” ilə oyununa itkilərlə çıxacaq.
Paytaxt klubunun hücumçusu Lionel Messi cümə və şənbə günlərində keçirilən məşqləri buraxıb. “Le Parisien” qəzetinin məlumatında onun özünü pis hiss etdiyi bildirilib. Xəstələnməsi səbəbdən Messinin Liqa 1-də “Monako”ya qarşı bu gün keçiriləcək matça çıxması mümkün olmayacaq.
“Knyazlar”la oyuna hazırlıq prosesində müdafiəçi Serxio Ramos, yarımmüdafiəçilər Anxel Di Mariya və Ander Errera da iştirak etməyib. “Monako” – PSJ matçı saat 16.00-da başlayacaq.