Messinin forması 427 min avroya satıldı

3.05.2022 19:15 699
Dünya futbolu
PSJ-nin hücumçusu Lionel Messinin karyerasında 500-cü qolunu vurduğu forması hərracda 427 min 680 avroya satılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Argentinalı hücumçu "Barselona"da oynadığı zaman 2017-ci ilin aprelində "Santyaqo Bernabeu"da "Real"a 3:2 hesabı ilə qalib gəldikləri oyunda 500-cü qolunu vurub. Qoldan sonra Lionel formasını çıxararaq tribunalara göstərib.

Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona"dan azad agent kimi ayrılaraq PSJ-yə keçib.