Messinin aqibətinə aydınlıq gəldi

23.04.2022 13:54 439
Dünya futbolu
PSJ-nin oyunçusu Lionel Messi zədəsini sağaldıb.

34 yaşlı hücumçu cümə günü komanda ilə məşqlərdə iştirak edib. O, Liqa 1-in 34-cü turunun “Lans” ilə oyununda oynaya biləcək.

Xatırladaq ki, Messi zədə səbəbindən Fransa çempionatının “Anje” ilə matçını (3:0) buraxmışdı. Bu gün keçiriləcək PSJ – “Lans” oyunu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.