Millimizin üzvü Bakıdakı görüşün ən məhsuldarı oldu

4.08.2022 14:28 316
İdman
Azərbaycanın kişilərdən ibarət voleybol yığmasının üzvü Vladimir Melnikov Avropa çempionatının seçmə mərhələsinin ilk turu çərçivəsində Danimarkaya qarşı Bakıda keçirilən oyunun ən məhsuldarı olub.

Football-plus.az xəbər verir ki, millimizin hücumçusu matç ərzində 30 xal toplayıb.

Xatırladaq ki, A qrupunda yer alan yığma ilk oyunda Danimarkaya 1:3 hesabı ilə uduzub. Pərviz Səmədovun çalışdırdığı kollektiv növbəti görüşünü Türkiyəyə qarşı keçirəcək. Matç avqustun 6-da Bakıda keçiriləcək.