“Çempionatın ilk turunda rəqibimiz ölkənin ən köklü klublarından olan “Qarabağ”dı. Hər zaman favorit olan komandaya qarşı mübarizə aparacağıq".
Football-plus.az xəbər verir ki, bu sözləri "Səbail"in üzvü Ağabala Ramazanov deyib. Millimizin üzvü klubun rəsmi saytına açıqlamasında Misli premyer-liqasının ilk turunda qarşılaşacaqları "Qarabağ"la görüşü şərh edib:
"İlk oyunda rəqibin son ölkə çempionu olmasına baxmayaraq, bizim də öz hədəflərimiz var. Ağdam təmsilçisi ilə mövsümün əvvəlində və ya sonunda qarşılaşmağımızın heç bir fərqi yoxdu. Ümumiyyətlə, rəqibin kimliyindən asılı olmayaraq, yeni mövsümə yaxşı hazırlaşmışıq. Layiqli mübarizə aparmağa çalışacağıq. İlk matçdan xalla ayrılaraq azarkeşlərimizi sevindirmək istəyirik!”