“Yüksək səviyyədə hazırlıq prosesi keçirmişik. Komandamızda müsbətə doğru dəyişən çox məqam var".
Football-plus.az xəbər verir ki, bu sözləri "Səbail"in yarımmmüdafiəçisi Rahid Əmirquliyev deyib. Kapitan klubun rəsmi saytına açıqlamasında Misli premyer-liqasının ilk turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışıb:
"Cari mövsümə tam hazır olduğumuzu düşünürəm. İlk oyunumuzu isə çempionatımızın daim favoritlərindən olan “Qarabağ”a qarşı keçirəcəyik. Görüşün rəqib stadionunda olmasına baxmayaraq, matçdan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.