PSJ Portuqaliya millisinin üzvünü transfer etdi

3.08.2022 19:56 355
Dünya futbolu
Fransanın PSJ klubu Portuqaliya millisinin üzvü Renato Sançeslə razılaşıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano məlumat yayıb. Paris təmsilçisi 24 yaşlı yarımmüdafiəçi üçün "Lill"ə 25 milyon avro ödəyəcək.

Qeyd edək ki, Sançes 2019-cu ildən "Lill"in formasını geyinirdi.