Millinin heyəti bəlli oldu

3.08.2022 11:34 390
İdman
Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti məlum olub.

Football-plus.az xəbər verir ki, baş məşqçi Pərviz Səmədovun rəhbərlik etdiyi komandada 14 voleybolçu yer alıb.

Azərbaycan ilk sınağında bu gün Danimarka ilə qarşılaşacaq. Oyun saat 18.00-da başlayacaq.

Baş məşqçi: Pərviz Səmədov
Məşqçilər: Mixail Solovyov, Akif Vəliyev
Oyunçular: Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev, Kənan Allahverdiyev.