Rusiyanın "Torpedo" klubunun futbolçusu David Qarayev Azərbaycanın əsas millisində çıxış edə bilər.
"Football-plus.az" xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu “Sport24.ru” saytına müsahibəsində deyib:
“Azərbaycan millisində oynaya bilərəm. Lakin hələ qərar verməmişəm. Millidə olmaq gözəldi, amma yaxınlarım hamısı Rusiyadadı”.
Qarayev Azərbaycanın U-18 yığmasında 5 matça çıxıb.