"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan millisində çıxış etmə ehtimalının danışıb.
Football-plus.az xəbər verir ki, "Sport24.ru"ya müsahibə verən 25 yaşlı futbolçu AFFA-nın konkret addım atmadığını dilə gətirib:
"Federasiya ilə daimi əlaqə saxlayıram, amma heç vaxt yekun təklif irəli sürməyiblər. Hər şey səthidi, konkret söhbət olmadan baş verir. Mənim üçün bir yerdə oturmaq, danışmaq, bir-birimizi dinləmək və ortaq nöqtəyə gəlmək lazımdı. Belə çıxır ki, məni istəyirlər, amma heç nə olmur. Konkret danışıqlardan sonra Azərbaycan millisində oynamaq istəyib-istəmədiyimi biləcəm. İndi isə nəsə söyləmək olmur. Tələsik qərar vermək istəmirəm".