Elçin Əsədov Yahyalı "Qran-pri"sində 4-cü oldu

1.08.2022 12:54 473
İdman
Türkiyənin “Sakarya BB Pro Team” klubunun tərkibində çıxış edən Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının kapitanı Elçin Əsədov qardaş ölkədə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Yahyalı "Qran-pri"sində iştirak edib.

Football-plus.az
xəbər verir ki, millimizin kapitanı 118 km məsafəni 2 saat 40 dəqiqə 51 saniyə nəticə ilə 4-cü sırada başa vurub.

E.Əsədov bu nəticə ilə həm şəxsi, həm də milli komandamızın beynəlxalq reytinq hesabına daha 20 xal əlavə edib.

Yarışda 1-ci yerə Türkiyənin “Spor Toto” klubunun üzvü Oleksandr Prevar (2:40.36) layiq görülüb.

Qeyd edək ki, Yahyalı "Qran-pri"sində 6 ölkədən 55 idmançı 10 komandada mübarizə aparıb.