Azərbaycanlı velosipedçi 7-ci oldu

2.06.2022 00:56 548
İdman
Şose velosipedi üzrə Azərbaycanın Elit/U23 millisi Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında uğurla mübarizə aparır.

"Football-plus.az" xəbər verir ki, yığma komandamızın liderlərindən olan Elçin Əsədov yarışın birinci mərhələsini ən yaxşı sprinterlərin sırasında – 7-ci pillədə başa vurub

Velosipedçimiz aralıq finişlərində 17 xal toplayıb. Elçin Əsədov hazırda ümumi təsnifatda 6-cı yerdə qərarlaşıb. Milli komandamızın digər üzvü Musa Mikayılzadə isə birinci mərhələdə 12-ci olub.

Qeyd edək ki, ilk mərhələdə velosipedçilər 161 km məsafə qət ediblər.

Yarışın ikinci mərhələsi isə iyunun 1-də keçiriləcək. Bu mərhələdə velosipedçilər 153 km məsafədə mübarizə aparacaqlar.

Xatırladaq ki, mötəbər yarışda ölkəmizi Elit/U23 yığma komandamızın üzvləri Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edir. Millimizə baş məşqçi Asif Həsənov rəhbərlik edir.