Kamerunlu futbolçu "Sivasspor"da

31.07.2022 12:16 402
Dünya futbolu
"Sivasspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Football-plus.az xəbər verir ki, superliqa təmsilçisi Rusiya klubu "Dinamo"dan (Moskva) Klinton Njini transfer edib.

Kamerundan olan 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sivas klubu bu transfer üçün Rusiya təmsilçisinə heç bir təzminat ödəməyib.