"Zirə" millimizin futbolçusunu transfer etdi

17.06.2022 20:09 483
Premyer-liqa
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, komanda Rəhim Sadıxovla anlaşıb. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan milli komandasının da üzvü olan 25 yaşlı futbolçu daha əvvəl Rusiyanın "Solyaris"(Moskva), "Torpedo"(Moskva), ölkəmizdə isə "Sumqayıt"da çıxış edib.

Xatırladaq ki, "Zirə" bundan əvvəl Slavik Alxasov və Mirsayib Abbasovu transfer edib.