Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, İstanbul təmsilçisi "Altay"dan Kazımcan Karataşı transfer edib. Bu barədə "cim bom"nun rəsmi saytı məlumat yayıb.
19 yaşlı sol cinah çüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Qalatasaray" bu transfer üçün İzmir təmsilçisinə 20 milyon TL təzminat ödədiyini açıqlayıb.
Futbolçu "sarı-qırmızılar"da ilk mövsümdə 5.350.000 TL, növbəti mövsümlərdə isə müvafiq olaraq 6.750.000 TL, 7.500.000 TL, 8.500.000 TL və10.000.000 TL maaş alacaq.
Qeyd edək ki, Kazımcan Karataş "Altay"ın yetirməsidir. Gənc oyunçu 2020-ci ildən "ağ-qaralar"ın əsas komandasında çıxış edir. O, başa çatan mövsümdə izmirlilərin heyətində meydana çıxdığı 32 oyunda 1 ol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.