Dünən bəzi Avropa ölkələrində olduğu kimi Türkiyədə də superkubok uğrunda oyun keçirildi.
Football-plus.az xəbər verir ki, ''Atatürk Olimpiya''da son çempion ''Trabzonspor''la kubokun son qalibi ''Sivasspor'' üz-üzə gəldi. Qol fürsətlərindən əla yararlanan ''Trabzonspor'' rəqibini Korneliusun dublu, eləcə Larsen və Bakasetasın qolu sayəsində 4:0 hesabı ilə darmadağın edib. Bununla da Trabzon təmsilçisi yeni mövsümə titulla başlayaraq tarixində 10-cu dəfə ölkə superkubokuna sahib çıxıb. Qaradənizlilər 3 dəfə isə həlledici görüşdə məğlub olublar.
Maraqlıdı ki, ''Trabzonspor'' Türkiyə superkuboku tarixində həm 4 qol vuran, həm də 4 top fərqi ilə qalib gələn ilk komanda ilə oldu.