Türkiyə kubokunda finalın oynanılacağı stadion bəlli olub.
Türkiyə Futbol Federasiyasından verilən rəsmiaçıqlamada qeyd olunub ki, həlledici görüş mayın 26-da ''Atatürk Olimpiya''da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21.45-də başlayacaq. Bu turnirdə yoluna davam edən cəmi 4 komanda qalıb. Yarımfinalda ''Trabzonspor''la ''Kayserispor'', ''Alanyaspor''la ''Sivasspor'' üz-üzə gələcək. Onu da bildirək ki, ''Atatürk Olimpiya'' ümumilikdə 4-cü dəfə Türkiyə kubokunun finalına evsahibliyi edəcək. Daha öncə bu nəhəngstadionda keçirilən finallarda 2004-də ''Trabzonspor'' ''Gənclərbirliyi''ni 4:0, 2005-də ''Qalatasaray'' ''Fənərbaxça''nı 5:1, 2020-də isə yenədə''Trabzonspor'' ''Alanyaspor''u 2:0 hesabıiləməğlub edib.