Avrokubok matçlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb. 13,875 əmsala malik Azərbaycan 29-cu pillədə qərarlaşıb.
Komandalarımız Konfrans Liqasının cavab görüşlərini 0,625 əmsalla tamamlasa da, bu böyük qazanc ölkəmizin mövqeyinin dəyişməsi üçün yetərli olmayıb. “Neftçi” “Aris”i 3:0, “Qəbələ” “Fehervar”ı 2:1 hesabıyla məğlub edərək 0,250, “Zirə” isə Təl-Əvivdə “Makkabi” ilə qolsuz bərabərlik sayəsində 0,125 əmsal gətirib.
Bununla da cari mövsümün qazancı 1,250-yə yüksəlib. Bunun yarısı – 0,625-i “Qarabağ”ın hesabındadı. Qalan komandalarımız isə ilk əmsallarını cümə axşamı əldə edib.
Azərbaycan UEFA reytinqində 28-ci olan Polşadan 1,250 əmsal geridədi. 30-cu yerdəki Sloveniya isə ölkəmizdən 1,500 əmsal geri qalır. Bu iki ölkənin avrokuboklarda hərəyə 1 klubu qalıb. “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazandığını nəzərə alsaq, cari mövsüm Polşanı geridə qoymaq şansımızın real olduğunu söyləyə bilərik. Sloveniyanın isə bizi keçəcəyi inandırıcı görünmür.
Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi
Ölkə futbolu


