UEFA reytinqində əmsalımız artdı

29.07.2022 10:26 508
Ölkə futbolu
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün əmsal ehtiyatını yenidən artırıb.

Football-plus.az xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında “Qəbələ” və “Neftçi”nin evdə qalib gəlməsi, “Zirə”nin isə İsraildə “Makkabi” (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəsi sayəsində mümkün olub.

3 komanda birlikdə ölkənin aktivinə daha 0,625 əmsal gətirib. Bununla da Azərbaycan 13.875 əmsalla 29-cu yerini qoruyub.