"Şamaxı"da dəyişiklik

29.07.2022 13:54 519
Premyer-liqa
"Şamaxı"nın strukturunda kadr dəyişikliyi həyata keçirilib.

Football-plus.az xəbər verir ki, mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov texniki qeydiyyat şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

İdarə Heyətinin digər qərarı ilə Yusif Hüseynov mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.