"Zirə" seçimini etdi

19.06.2022 22:59 434
Ölkə futbolu
Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Zirhə"nin ölkə xaricindəki təlim-məşq toplanışıyla bağlı detallara aydınlıq gəlib.

"Football-plus.az" saytı xəbər verir ki, iyunun 24-də qəsəbə təmsilçisi Türkiyəyə yola düşəcək. "Qartallar" Boluda hazırlaşacaq və həmin şəhərin "Vonresot" otelində məskunlaşacaq. "Zirə" Türkiyədəki toplanışında 2 yoxlama oyunu keçirəcək. İyulun 7-də Bakıya dönəcək komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Təl-Əviv "Makkabi"si ilə oyunlara son hazırlıq mərhələsini burda keçirəcək.

Xatırladaq ki, "qartallar" iyunun 13-dən təlim-məşq toplanışına start verib.

ABDULLA İSMAYILOĞLU