"Barselona"nın futbolçusu "Bavariya"da

28.07.2022 23:58 329
Dünya futbolu
"Bavariya" "Barselona"dan Adam Aznunu transfer etdiyini açıqlayıb.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, 16 yaşlı sol cinah müdafiəçisi ilə uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, A.Aznu əvvəlcə "Bavariya"nın gənclər komandasında çıxış edəcək.