"Qarabağ"ın rəqibi bəlli oldu

28.07.2022 00:30 543
Çempionlar Liqası
"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Football-plus.az xəbər verir ki, "Ağdam təmsilçisi" bu raundda Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək.

Evdə Slovakiyanın "Slovan" (Bratislava) komandasına 1:2 hesabı ilə uduzan ölkə çempionu səfərdə üç top fərqi ilə qalib gəlib - 4:1

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 2-3 avqustda, cavab matçları isə 9 avqustda olacaq.